AZ

Azərbaycan – Slovakiya matçının biletləri satışda

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turunda oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyununun biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri və satış ünvanları:

1-ci kateqoriya – 10 manat
2-ci kateqoriya – 5 manat

3-cü kateqoriya – 3 manat

VİP 1 – 20 manat
VİP 2 – 30 manat

iTicket.az satış məntəqələri:

Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 saylı ASAN xidmət mərkəzi
2 saylı ASAN xidmət mərkəzi
3 saylı ASAN xidmət mərkəzi
4 saylı ASAN xidmət mərkəzi
1 saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Seçilən
2
20
msport.az

10Mənbələr