AZ

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması – zamanın tələbidir » AzadMedia.az


Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


XXI-ci əsrin bırinci yarısında qarşılaşdığımız təhlükəli çağırışlar sırasında suveren dövlətlərin daxili işlərinə xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yeri tutur.
Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan bu amillər beynəlxalq leksikona daxil edilmiş “hibrid müharibə” konsepsiyasının substantiv elementləridir. Nəzərə alaraq ki, belə bir konsepsiya və onun əsasında formalaşan strategiya və bunların təzahürləri qeniş ictimaiyyətə məlum deyil, ilk növbədə bəzi mühüm məqamlara aydınlıq gətirmək zəruridir.
“Hibrid müharibə” termini ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və 30 ildən çox bir müddətdə milli təhlükəsizlik məsələləri üzrə analitik və hərbi məsləhətçi kimi fəaliyyət göstərən Frenk Hoffman tərəfindən 2007-ci ildə dərc edilən “21-ci əsrdə münaqişə: hibrid müharibələrin yüksəlişi” monoqrafiyasında işıq üzü görmüşdür.
Hibrid müharibənin siyasi fenomen olaraq xarakterik xüsusiyyətlərinə nəzər salsaq, qeyd olunmalıdır ki, bunlardan birincisi münaqişə tərəflərindən birinin digərinə zərər vurulması, onu daxili və xarici siyasətində dəyişiklik olunmasına məcbur edilməsidir. İkincisi, münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan da istifadə olunur və bu cür üsulların və vasitələrin geniş diapazonu var. Əlbəttə ki, bəzi hallarda, və biz bunun canlı şahidi olmuşduq, münaqişədə olan tərəf qeyri-nizami silahlı dəstələrin yaradılması, onlara təlim keçirilməsi, onların maliyyələşdirilməsi, təchizatı, muzdluların cəlb edilməsi, digər sözlərlə qeyri konvensional üsüllardan da istifadə edir. Ancaq qibrid qarşıdurmada qeyri-hərbi vasitələr və metodların tətbiqinə üstünlük verilir. Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanılması və informasiya fəzasında istifadəsi, kiber hücumlar, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə daxil edilməsi və sairə. Hibrid təhdidlər kritik infrastruktura, yəni iqtisadiyyət, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edən qurumlar üçün strateji əhəmiyyət kəsb edən idarəetmə sistemləri üçün fövqəladə təhlükə mənbəyidir. Bu sırada sadəcə kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdidləri qeyd etmək kifayətdir. Bu məsələlər hazirda global qündəlikdə ciddi şəkildə diqqəti cəlb edir. Məsələn, 2013-cü ildə Kibermüdafiə sahəsində NATO mərkəzinin təşəbbüsü ilə 20-dən cox beynəlxalq nüfuzlu ekspertlər tərəfindən “Kiber müharibəyə münasibətdə tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin vəsaiti” hazırlanmışdır və bu sənəddə kiber-əməliyyatlar və kiber-müharibələrin aparılması kontekstində beynəlxalq hüquq normalarının tövsüfi məsələləri çox detallı formada araşdırılmışdır və 2017-ci ildə bu sənədin yeni daha əhatəli versiyası hazırlanmışdır.
Sadaladığım məqamlar əyani formada nümayiş etdirir ki, biz həddindən artıq bir mürəkkəb dövrdə yaşayırıq və bu dövrün təhdidləri və çağırışlarına qarşı ciddi preventiv tədbirlər görülməlidir.
Ötüz ilə yaxın bir müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tam bərpa olunması bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olmuşdur. Ermənistanın revanşıst meyllərinin alovlandrırılması, geniş silah təchizatına dəstək verilməsi və ölümcül silah növlərinin Ermənistana ötürülməsi, müxtəlif mənbələrdən irimiqyaslı maliyyə vəsaitlərinin ayrılması – bütün bunlar əyani formada nümayiş etdirir ki, bir sıra qüvvələr regionda beynəlxalq sülhün və təhlükəsizlik rejimin bəqərar olunmasında maraqlı deyillər. Bütün bunlar ölkəmizin apardığı siyasətə xaricdə müdaxilələr və Azərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşahidə olunur. Belə bir şəraitdə qeyd etdiyim cəhdlərin qarsının alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımalar atılması və bütün zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir və du addımların parlament müstəvisində də reallaşdırılması ümumi işimizə çox faydalı ola bilər.
Bu mənada Milli Məclis tərəfindən Xarici müdaxilələrə va hibrid təhdidlərinə qarşı müvəqqəti komissiyanın yaradılması zamanın tələbidir və yüksək dərəcədə əhəmiyyətli olacaq.
Müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlarımıza cavab verən uğurlu daxili və xarici siyasət həyata keçirilir və heç bir xarici müdaxilə cəhdi və ya beynəlxalq müstəvidə müşahidə etdiyimiz neo-kolonializm meyyləri yaxud potensial təhdidlər bizi bu yoldan döndərə bilməz.
Seçilən
79
4
azadmedia.az

10Mənbələr