AZ

Məmmədyarov gerilədi, Rəcəbov yerində saydı…

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733) bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb. 31-ci pillədəki Teymur Rəcəbovun (2700) mövqeyində dəyişiklik olmayıb. Rauf Məmmədov (2643) isə 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. 100-cü olan Aydın Süleymanlı (2637) ilk dəfə dünyanın ən yaxşı qrossmeysterləri arasına düşüb.

Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) ikinci, hindistanlı Arcun Eriqaisi (2797) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü pillədə yer alıb. Gövhər Beydullayeva 8, Ülviyyə Fətəliyeva 1 pillə irəliləyib.

Burada ilk üç pillədə çinli şahmatçılar – Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2551) qərarlaşıblar.

Seçilən
42
4
arena.az

10Mənbələr