NATO-nun yeni baş katibi Mark Rutte Rusiya Federasiyasındakı hədəflərə Qərb silahları ilə zərbələr endirilməsini dəstəkləyib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə danışan NATO rəhbərinin mətbuat konfransı təşkilatın saytında yayımlanıb.
Eyni zamanda, o, hər bir alyans ölkəsinin müvafiq qərarları müstəqil şəkildə qəbul edəcəyini etiraf edib. O, Ukraynanın özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.
“Bu həm də təcavüzkarın ərazisindəki qanuni hədəfləri vurmaq hüququ deməkdir. Lakin məhdudiyyətlərin aradan qaldırılması qərarı ayrı-ayrı müttəfiqlər tərəfindən verilir”, - Rutte bildirib.
Bundan əvvəl Rutte Kiyevə Şimali Atlantika blokunda yer verilməsinin zəruriliyini bəyan edib. O hesab edir ki, “güclü Ukrayna” olmadan Avropada sabit təhlükəsizliyə nail olmaq mümkün deyil.
QAZİLER.AZ