Son günlər ölkə ərazisində insanlar arasında kəskin mədə ağrısı, ürək bulanma kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb. Sürətlə yayılan bu virus əsasən uşaq və yaşlılarda özünü göstərir.
Bu əlamətlərlə özünü göstərən virus nədir? Bundan necə qorunmaq olar?
Suallarımızı cavablandıran Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında
söyləyib ki, bu barədə rəsmi rəy verilməsə də yuxarı tənəffüs yollarında iltihab, mədə-bağırsaqda pozuntular törədən mikroorqanizmlər var:
''Bunlar entorvirus, adenovirus, qrip və yaxud rotovirus ola bilər. Qeyd edilənlər adətən, qida infeksiyalarına səbəb olur. Bu növ infeksiyalar insandan insana hava-damcı yolu, təmas vasitəsi ilə keçir. Hər bir halda bu cür stiuasiyalarda müvafiq qurumlar əhaliyə qidalanma və virusdan qorunma ilə bağlı məlumatlar verməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, pandemiya bitsə də koronovirus və virusların digər növləri yayılmaqda davam edir. Ona görə də düzgün qidalanmaq vacibdir. Çün ki düzgün qidalanma metabolizmi gücləndirir və xəstəlikləri tez bir zamanda aradan qaldırır. Əsasən C vitamini ilə zəngin qidalar qəbul etmək, günə yaşıl və sarı rəngli meyvələrvə onların şirələri ilə başlamaq məqsədəuyğundur. Əlavə olaraq keyfiyyətli yuxu da immun sistemini gücləndirir. Gündə ən azı 7-8 saatlıq yuxu orqanizmin lazımi enerji toplamasına kömək edir".