İranın Sistan-Bəlucistan əyalətindəki Bent şəhərində törədilən terror aktında SEPAH komandiri də öldürülüb.
“Cebheinfo.az” bu barədə İRNA-ya istinadən xəbər verir.
Qeyd olunur ki, naməlum şəxslər avtomobildən insanlara atəş açıb.
Bəzi KİV-lərin məlumatına görə, SEPAH-ın Bent şəhərinin komandiri Pərviz Kadhodai və Bent şəhər şurasının rəhbəri Yusif Şirani də daxil olmaqla 5 nəfər həlak olub.