AZ

Qazaxıstanda “Sarsılmaz qardaşlıq - 2024” təlimləri başladı

Almatı vilayətindəki Bereq poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülhməramlı Qüvvələri ilə “Sarsılmaz qardaşlıq - 2024” komanda qərargah təliminin açılış mərasimi olub. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan sülhməramlı qüvvələrinin milli kontingentləri, Birləşmiş Qərargahın əməliyyat qrupları və KTMT Katibliyi iştirak edir.

“Dünyada vəziyyət təlatümlü olaraq qalır və biz təkcə ölkələrimiz üçün deyil, bütün dünya birliyi üçün aktual olan müxtəlif çağırışlara və təhdidlərə hazır olmalıyıq. Məhz buna görə də Qazaxıstan KTMT-yə sədrliyi çərçivəsində təşkilatın sülhməramlı potensialının inkişaf etdirilməsini prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Təlim zamanı Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən sülhməramlı əməliyyatların hazırlanması və keçirilməsi üzrə tapşırıqların yerinə yetirilməsi zamanı bölmələrin ahəngdarlığı məsələləri işlənəcək”, - deyə Qazaxıstan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sultan Kamaletdinov bildirib. 

Təlimlərin iştirakçıları qarşısında çıxış edən KTMT baş katibinin müavini Taalatbek Masadikov qeyd edib ki, Mərkəzi Asiya ərazisi ənənəvi olaraq formalaşmaqda olan dünya düzənində qlobal hərbi-siyasi iştirakçıların diqqətini cəlb edir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
75
xalqqazeti.az

1Mənbələr