AZ

Bakıda məktəbdə PARTLAYIŞ - Xəsarət alan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

Oxu24.com xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.  Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, partlayış payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən baş verib.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Seçilən
3
49
oxu24.com

10Mənbələr