AZ

Şolts Putinlə görüşmək istəyir - KİV

Almaniya kansleri Olaf Şolts noyabrda Braziliyada keçiriləcək G20 sammiti öncəsi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir. 

Missiya.Az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.

Bildirilir ki, hələlik danışıqlar üçün müraciət daxil olmayıb. 

Qeyd edək ki, Şolts Ukraynanı ən çox dəstəkləyən və Ukraynaya ən çox maliyə dəstəyi ayıran liderlərdən biridir.

Xatırladaq ki, Almaniya kansleri ilə Kreml rəhbəri arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında baş tutub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr