AZ

ABŞ-də fəhlələr tətil elan etdilər

ABŞ-nin şərqində və cənubundakı limanlarda işçilər əmək haqqının artırılması və avtomatlaşdırmaya görə tətilə çıxıblar.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ölkənin Şərqi və Körfəz Sahili limanlarında çalışan təxminən 45 min işçi əmək haqqının artırılması, avtomatlaşdırma və iş təhlükəsizliyi ilə bağlı tələblərinin icra edilmədiyinə görə işləməyi dayandırıblar.

Təxminən 36 limanda keçirilən tətillər səbəbindən bölgədə ərzaq, nəqliyyat vasitələri, ağır maşınlar, tikinti materialları, mebel, geyim və oyuncaqların idxal qapılar bağlanıb.

Qeyd edək ki, həmkarlar ittifaqının 1977-ci ildən bəri təşkil etdiyi ilk tətil çərçivəsində işçilər işəgötürənlərlə yenidən masaya oturmaq üçün maaşlarının 6 il ərzində 77 faiz artırılmasını tələb edirlər.
 
Cəmalə
Seçilən
138
50
azxeber.com

10Mənbələr