Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ABŞ və İsrail arasında beynəlxalq münasibətlərə böyük zərbə vurub.
HİT.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) yazıb.
“Müharibə ABŞ-ın Yaxın Şərqdəki ən yaxın tərəfdaşı olan İsraillə münasibətlərinə ciddi zərbə vurdu və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına dair hər hansı ümidlər puça çıxdı”, deyə nəşr yazıb.
Nəşrin məlumatına görə, ABŞ silahlı qüvvələri özlərini İsraili İrandan, eləcə də onun müttəfiqlərindən qorumaqda köməkçi kimi təqdim edirlər. Nəticədə, daha böyük münaqişə təhlükəsi Amerika qoşunlarını və hərbi texnikasını digər qlobal prioritetlərdən yayındırıb.
WP həmçinin yazır ki, ABŞ prezidenti Co Bayden dəfələrlə İsrailin baş naziri Netanyahuya müraciət edərək onu “sülh nizamlanması üçün strateji plana diqqət yetirməyə” çağırıb, bununla da taktiki hərbi və siyasi qələbələrdən imtina edib.
Həmçinin, nəşrə görə, Təl-Əviv Vaşinqtonun təhlükəsizlik zəmanətindən istifadə edərək, amerikalı tərəfdaşlarını əvvəlcədən xəbərdar etmədən İordan çayının qərb sahilində, Suriyada və İranda çoxsaylı hücumlar həyata keçirib.
Oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri İranın İsrailə raket atdığını elan edib. Media İranın bir neçə raket “dalğası” ilə hücum etdiyini, hücumun ilk “dalğasında” ən azı 100 raketin qeydə alındığını yazıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Tehran Hizbullahın baş katibi Həsən Nəsrullah, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və kürd qüvvələrinin komandanı Abbas Nilforuşanın ləğv edilməsinə cavab olaraq İsrailə hücum edib.
Eyni zamanda, SEPAH vurğulayıb ki, İsrail İranın hücumuna reaksiya verərsə, İslam Respublikasının daha da dağıdıcı hücumları ilə üzləşəcək.
Samir