AZ

“Qalatasaray” bu futbolçusunu yola salır

“Qalatasaray” klubu mövsümün əvvəlində 9 milyon avroya transfer etdiyi Elias Jele ilə yollarını ayırmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, oynadığı matçlarda olduqca zəif performans sərgiləyən danimarkalı futbolçu baş məşqçi Okan Burukun gözündən düşüb.

21 yaşlı cinah müdafiəçisi ümidləri doğrultmayıb. Onun yanvar ayında komandadan göndəriləcəyi, ən yaxşı ehtimalla icarəyə veriləcəyi demək olar ki, dəqiqdir. vakansiya

Gənc futbolçu “Qalatasaray”dan öncə ölkəsinin “Kopenhagen” klubunda çıxış edirdi. Elias Jelenin transfer qiyməti 5 milyonadək geriləyib.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr