“Rusiya ordusu bu il cəbhədə irəliləyiş əldə etdi, lakin yüksək qiymətə bunun bədəlini ödəməli oldu”.
Missiya.Az "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte mətbuat konfransında çıxışı zmanı deyib.
Onun sözlərinə görə, müharibə başlanandan bəri Rusiya ordusunun Ukraynada 500 mindən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
"Şübhəsiz ki, Ukrayna özünümüdafiə müharibəsini aparır. Mən Ukraynanın nə qədər iş görməsinə heyrətlənirəm. Onlar öz cəsarətlərini, yaradıcı yanaşmalarını nümayiş etdirdilər, Rusiya qüvvələrini geri itələyirlər", - deyə Rutte vurğulayıb.
Daşqın HəsənovMissiya.Az