AZ

Şəhidimiz mayor Nazim Hüseynovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Nazim Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Nazim Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
19
qht.az

1Mənbələr