İsrail və Hizbullah arasında gərginliyin artması fonunda ABŞ Yaxın Şərqə əlavə hava qüvvələri göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ F-16, F-15E və A-10 “Thunderbolt II” təyyarələrindən ibarət üç qırıcı və hücum təyyarəsi eskadronu göndərəcək.