AZ

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...

Hazırda ölkədə internetin sürəti maksimum 100 meqabitdir. Daha əvvəl isə sürətli internet əldə etmək istəyənlər 50 - 70 manat məbləğində ödəniş edirdilər. İndiki halda həmin şəxslər necə ödəniş etməlidir? Ümumiyyətlə internet qiymətləri artdıqdan sonra qiymətlər standart olaraq 25 manat müəyyən edilib?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin sözçüsü Alidə Mustafayeva Referans.az-ın sorğusunu cavablandırıb. Sorğuda qeyd olunub ki, "Aztelekom" MMC əhalinin yüksəksürətli internetə olan tələbatnıın artmasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər həyata keçirib.

Həmçinin o da vurğulanıb ki, yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və maksimum sürət 250 Mbit/s təşkil edir. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endirilib. İnternet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur.

"Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dək dəyişir. Vətəndaşlar xidmətlərə qoşulmaq üçün "Aztelekom"un "170" Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər",- deyə “Aztelekom” MMC - nin rəsmisi qeyd edib.


Seçilən
27
15
news24.az

10Mənbələr