AZ

Olaf Şolz Putinə zəng etməyi planlaşdırır

Almaniya kansleri Olaf Şolz yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələr bildiriblər.

Bildirilib ki, zəng hələ rəsmi olaraq Kremldən tələb olunmayıb, lakin Şolz ətrafındakılar noyabrda Braziliyada keçiriləcək G20 sammiti öncəsi Rusiya prezidenti ilə telefon danışığı aparmağı gözləyirlər.

Söhbət baş tutsa, Şolz Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla, son il yarımda Putinlə birbaşa əlaqə saxlayan ilk Avropa lideri olacaq.

Kansler və Putin arasında əvvəlki telefon danışığı 2022-ci ilin dekabrında olub. İyun ayında Şolz ARD televiziyasında demişdi ki, “danışılacaq bir şey” olarsa, Rusiya prezidentinə zəng edəcək.

Xəbər 2 dəfə oxunub.
Seçilən
3
1
xezernews.az

2Mənbələr