AZ

Azərbaycan 86 milyon dollarlıq ayaqqabı aldı

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 86,1 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, bu dövrdə Azərbaycan 251,5 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

 

Gözəl Həşimova

Seçilən
17
1
iqtisadiyyat.az

3Mənbələr