AZ

Nizaməddin Babanlı vəzifəsindən azad olundu - ÖZƏL

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.



Referans.az" target="_blank">Referans.az-ın əldə etdiyi məlumata görə, o artıq bir neçə gündür bu vəzifəni icra etmir.


Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb.


N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən  təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib.


Qeyd edək ki, Nizaməddin Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının  qardaşıdır.


/News24.az 

Seçilən
74
10
referans.az

10Mənbələr