Fransalı 17 yaşlı boksçu Kilian Binard bıçaqlanaraq öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Normandiya əyalətində Syble şəhərində yerləşən gecə klublarının birinin qarşısında yaşanıb.
Klianı qətlə yetirən 24 yaşlı şəxs gecə klubunun mühafizəçiləri tərəfindən yaxalanaraq polisə təhvil verilib. Şübhəli şəxs Binardla əlbəyaxa olduqdan sonar bir neçə dəfə onun boğaz və kürək nahiyəsindən bıçaqlayıb. Gənc idmançıya anında yardım göstərilsə də onu xilas etmək mümükün olmayıb.
Qeyd edək ki, Binard Saint-Lois boks klubunun boksçusu olub. O, Normandiya əyalətinin çempionu olub. /İdman.biz