AZ

Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...

“Məlum olduğu kimi, oktyabrın 2-də din xadimi statusu dayandırılacaq Vazgen (Baqrat) Qalstanyan “həlledici mərhələyə qədəm qoyduqlarını” iddia edərək yenidən toplantı çağırıb. Qalstanyan erməni kilsəsinin son ənənəvi mərasimlərində iştirak etməyib, yoxluğunu əsaslandırmaq üçün monastırların birində üç günlük oruc tutacağını izah edib”.
 
Moderator.az xəbər verir ki, Kremldən idarə olunan revanşist və irqçi xislətli keşiş haqda bunu “Armtimes” nəşri yazıb.
 
“Daha əvvəl xəbər vermişdik ki, Qalstanyana Müqəddəs Mironun xeyir-dua mərasimlərində və Ana Kafedralin yenidən təqdis olunması mərasimlərində iştirak etmək həqiqətən də Ana Taxt-tacdan qadağan edilib.
 
Qalstanyanla Eçmiədzinin mənəvi yüksək təbəqəsi arasında münasibətlərin yumşaq desək, hamar olmadığı göz qabağındadır. Bunu təkcə onun kilsə üçün vacib olan belə tədbirlərdə iştirak etməməsi deyil, həm də müxtəlif din xadimlərinin Qalstanyanın hərəkətlərini dəstəkləmədiklərini təsdiqləyən bəyanatları da sübut edir.
 
Xatırladaq ki, erməni kilsəsinin Şirak Yeparxiyasının lideri, arxiyepiskop Mikael Ajapayan tövbə etsə, din xadimliyini davam etdirə biləcəyini açıqlamış, eyni zamanda kilsənin Qalstanyanı dəstəkləmədiyini bildirmişdi.
 
Müxtəlif siyasi partiyalar və ayrı-ayrı şəxslər də Qalstanyanı dəstəkləmədiklərini bəyan edirlər. Qalstanyanın Kirantsdan İrəvana piyada getdiyi zaman  ona qoşulmuş Milli Demokratik Qütb hərəkatı bu günlərdə Qalstanyanla əməkdaşlığa son verdiyini açıqladı. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan da Qalstanyan da daxil olmaqla heç kimi dəstəkləmədiyini bəyan edib .
 
Beləliklə, məlum olur ki, Qalstanyan yenə tamamilə tək olub, hətta müxalif fikirli qüvvələrin dəstəyindən məhrum olub. O isə hakimiyyət dəyişikliyinə nail olmaq üçün öz hərəkətlərində tamamilə uğursuzluğa düçar olduğunu etiraf etmək istəməyərək, guya hər şeyin qaydasında olduğunu göstərməkdə davam edir”, - deyə erməni nəşri davamında yazır.
 
S.Laçın
Seçilən
77
moderator.az

1Mənbələr