Rusiya İsrailin Livana hücumunu kəskin şəkildə pisləyir, Moskva Təl-Əvivi hərbi əməliyyatları dayandırmağa və İsrail Müdafiə Qüvvələrinin (IDF) qoşunlarını qonşu ölkənin ərazisindən çıxarmağa çağırır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi məlumatında deyilir.
“Aydındır ki, belə bir addım Yaxın Şərqdə zorakılığın daha da artmasına gətirib çıxaracaq. Rusiya Livana hücumu qətiyyətlə pisləyir və İsrail hakimiyyətini hərbi əməliyyatları dərhal dayandırmağa, qoşunları Livan ərazisindən çıxarmağa və Yaxın Şərq münaqişəsinin həlli üçün dinc yolların real axtarışına başlamağa çağırır”, - deyə diplomatik departamentdən bildirilib.