AZ

"Azərbaycanda yoxsulluq səviyyəsi ildən-ilə azalır" - AÇIQLAMA

Dünya Bankına əsasən, gün ərzində gəliri 2.15 ABŞ dollardan az olan insanlar yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu göstərici minimal ehtiyacları (həyatda qalmaq üçün təmiz su, qida ehtiyacı) qarşılamaq üçün hesablanıb. Dünya Bankının hesablamarına görə, Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupunda yerləşir. Bu qrupdakı ölkələrdə bir nəfər üçün günlük 6,85 dollar yoxsulluq həddi sayılır.

Bəs Azərbaycanda yoxsulluq həddi hansı səviyyədədir?

Bu barədə iqtisadçı Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında bildirdi ki, yoxsulluq insanların minimum həyat səviyyəsini təmin edə bilmək üçün maliyyə resurslarına və digər ehtiyacı olan resurslara sahib olmadığı halda olur:

"Yəni minimum həyat səviyyəsini təmin edə bilməmək, zəruri ehtiyaclarını təmin edə bilməmək yoxsulluq səviyyəsidir. Azərbaycanda isə yoxsulluq səviyyəsi ildən-ilə azalmaqdadır. Belə ki, 2023-cü ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,2 faiz olub. Dövlət Stasiya Komitəsinin məlumatına əsasən, 2022-ci ildə 0,3 faiz bəndi daha çox olub, yəni 2022-ci ildə 5,5 faiz olub. Bir il sonrakı dövr ərzində 0,3 faiz bəndi azalma qeydə alınıb".

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
1
redaktor.az

2Mənbələr