“Rusiya ABŞ-la münasibətlərin normallaşmasını gözləmir və uzunmüddətli siyasi və hərbi qarşıdurmaya hazırdır”.
Bakupost.az Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazir
inin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, rəsmi Moskva dəfələrlə Vaşinqtona bununla bağlı siqnallar göndərib. Rusiya XİN-in rəsmisi ABŞ-nin Rusiyanı məğlub edə bilməyəcəyini də sözlərinə əlavə edib:
“ABŞ-dəki hər iki siyasi partiyada Rusiya ilə münasibətlərə dair vahid fikir mövcuddur. Ona görə də münasibətlərimizin normallaşmasına dair hər hansı illüziyalara qapılmağı doğru saymıram”.