AZ

Gender bərabərsizliyi və islamın pozitiv rolu

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT Əhali fondunun “Gender bərabərliyi”nə dair layihəsinin təlimçisi, sosioloq Cavid İmamoğlunun təqdimatında “Gender bərabərsizliyinin aradan qaldırılmasında islamın pozitiv rolu” mövzusunda təlim təşkil olunub.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.Xəbərdə bildirilir ki, “təlim Aİİ tələbələrinin iştirakı ilə keçirilib. C.İmamoğlu sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, cəmiyyətdə gender zəminində formalaşmış ayrı-seçkiliyi müzakirə edib. O, həmçinin gender bərabərliyinin yalnız mədəni-mənəvi hadisə deyil, eyni zamanda, yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması, səmərəli idarəçiliyin qurulması üçün də zəruri əhəmiyyət kəsb etdiyini vurğulayıb. Gənclər arasında genderəsaslı zorakılıqla mübarizə aparmaqdan ötrü maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini nəzərə çatdırıb”.Daha sonra xəbərdə, “təlimçi gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində islamın rolunu diqqətə çatdırıb. Qurani-Kərimdə bütün insanların bərabərliyinə dair nazil olmuş ayələri əsas götürərək, ilahiyyatçıların, din xadimlərinin ibadət məkanlarında maarifləndirmə aparmaqla gender bərabərliyi istiqamətində müəyyən nailiyyətlərə nail olmağın mümkünlüyünü qeyd edib. Həmçinin islam dininin pozitiv rolundan istifadə etməklə, cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılmasında görüləcək vacib məsələləri nəzərə çatdırıb” deyə qeyd edilir.Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan təlimdə müzakirələr interaktiv formada keçirilib. Təlimboyu iştirakçılar genderəsaslı zorakılığın başvermə səbəbləri və onun qarşısını almaq istiqamətində, eləcə də genderəsaslı zorakılıq zəminində formalaşmış stereotiplər və miflər haqqında vacib məlumatlara yiyələniblər.

Seçilən
71
2
bayraqdar.info

3Mənbələr