AZ

Yaponiyanın yeni baş naziri bəlli oldu

Yaponiya parlamenti hakim Liberal Demokrat Partiyasının lideri Şiqeru İşibanın hökumət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib.

Demokrat.az xəbər verir ki, bu bardə “Reuters” məlumat yayıb. 

Məlumata görə, İşiba imperator Naruhito tərəfindən hökumət başçısı kimi təsdiqləndikdən sonra o, ölkə tarixində 102-ci baş nazir olacaq.

Qeyd edək ki, İşiba əvvəllər partiyanın rəhbəri və müvafiq olaraq baş nazir postu uğrunda mübarizədə dörd dəfə uduzub.

67 yaşlı İşiba əvvəllər Yaponiyanın müdafiə naziri və kənd təsərrüfatı naziri vəzifələrində çalışıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr