AZ

Qubada "QAZel" dərəyə aşdı: xəsarət alan var

Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "QAZel" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
3
19
milli.az

10Mənbələr