AZ

İran Qəzzanı vurdu - Ölən var

Bu axşam İranın İsrailə raket hücumu nəticəsində bir nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumatda deyilir ki, İranın raket hücumu nəticəsində Qəzza zolağında bir fələstinli ölüb. Bununla da 180-ə yaxın ballistik raketin daxil olduğu kütləvi hücum zamanı 1 nəfər ölüb, o da fələstinli olub.

Hücum zamanı heç bir İsrail vətəndaşı ciddi xəsarət almayıb.

Bundan başqa portal bu gecə İranın İsrailə atılan raketlərin 80%-nin hədəflərini vurduğuna dair yalan məlumatlar yaydığını bildirib.


Müəllif: Arzu
Seçilən
46
teleqraf.com

1Mənbələr