İordaniya Silahlı Qüvvələrinin baş komandanlığının bütün bölmələri və birləşmələri “krallığın təhlükəsizliyinə və sabitliyinə təhdid yaradan istənilən cəhdlərə qarşı yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.
İordaniya ordusunun bəyanatında deyilir: "Ali Komandanlıq bölgədəki hadisələri diqqətlə izləyir və vətəni müdafiə etmək üçün sərhəddə cəbhə birləşmələri yaratmaq və dəstəkləmək üçün lazımi tədbirləri görüb".
Qeyd edək ki, İran İsrailə raket zərbələri endirib.