Hazırda İranın hücumuna necə cavab veriləcəyi barədə danışmaq tezdir. Ancaq bu hücum ağır nəticələrə səbəb olacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin rəhbərinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Amerika bununla bağlı İsraillə danışıqlar aparacaq və koordinasiya edəcək", - o bildirib.
Qeyd edək ki, bu gün axşam saatlarında İran öz ərazisindən İsrailə kütləvi raket hücumu həyata keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun