ABŞ Prezidenti Cozef Bayden ölkə ordusuna İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Bayden və vitse-prezident Kamala Harris Ağ Evdən İranın İsrailə hücumunu izləyir və komandasından mütəmadi olaraq yeniliklər alır”, – məlumatda qeyd olunur.