AZ

Azərbaycanda əhali yenidən siyahıya ALINACAQ

Azərbaycanda əhalinin növbəti - dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

Bizim.Media

Seçilən
113
27
bizim.media

10Mənbələr