AZ

AŞPA Azərbaycanla bağlı məsələni oktyabrın 3-də müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyası oktyabrın 1-də keçirilən iclasında təşkilatın oktyabrın 4-dək davam edəcək payız sessiyası üçün yekun gündəliyini təsdiq edib.Gündəliyə “Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyət barədə” məsələ də daxil edilib.AŞPA deputatları oktyabrın 1-də günorta saatlarında gündəliyin bu bəndi ilə bağlı ilkin müzakirə keçiriblər.Müzakirə zamanı bəzi AŞPA üzvləri, o cümlədən Gürcüstan nümayəndəsi Givi Mikanadze, Serbiya nümayəndə heyətinin üzvü Elvira Kovaç, Türkiyə nümayəndəsi Zeynep Yıldız bu məsələnin müzakirəsinin məqsədəuyğunluğunu şübhə altına alıblar.Mikanadze bildirib ki, Azərbaycan nümayəndələri olmadan Azərbaycanın məsələsinin müzakirə olunması düzgün sayılmamalıdır.O vəziyyətin müzakirə olunması üçün yenicə seçilmiş Azərbaycan parlamentinin yeni heyəti ilə birbaşa kommunikasiya qurulmasını təklif edib.Lakin Mikanadzenin bu təklifi kifayət qədər dəstək toplaya bilməyib.

Seçilən
89
anaxeber.info

1Mənbələr