AZ

Mişel Barnye: Bizim immiqrasiya nəzarəti siyasətinə ehtiyacımız var

Fransanın yeni immiqrasiya nəzarəti siyasətinə ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa Baş naziri Mişel Barnye Milli Assambleyada (parlamentin aşağı palatası) proqram çıxışı zamanı bildirib. “Bizim immiqrasiya nəzarəti siyasətinə ehtiyacımız var. Artıq indiki immiqrasiya siyasətini qənaətbəxş şəkildə həyata keçirə bilmirik”, - o deyib. Baş nazirin sözlərinə görə, istisna hallarda qanunsuz miqrantların saxlanma müddətinin uzadılması lazımdır. Hökumət başçısı həmçinin qeyd edib ki, Fransa vaxtaşırı öz sərhədlərində nəzarət tətbiq etmək niyyətindədir. “Fransa Avropa qaydalarına uyğun olaraq dövlət sərhədlərində nəzarətin tətbiqinə davam edəcək”, - o. Barnye bu yaxınlarda oxşar tədbirlər görən Almaniyanı misal çəkib.

Seçilən
29
2
ikisahil.az

3Mənbələr