AZ

Sabunçuda yetkinlik yaşına çatmayan şəxs adam öldürməkdə şübhəli bilinərək tutulub

Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Seçilən
28
8
apa.az

6Mənbələr