"Aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın digər sektorlarının inkişafına müsbət təsir göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Biz iqtisadi ehtiyatlardan səmərəli istifadə etməklə həm ümumi daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə edə bilərik. Sözsüz ki, iqtisadiyyatımızda neft sektorundan əldə edilən gəlirlərin payı böyükdür. Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bəzi xarici şirkətlər neft hasilatını sabit saxlamaqda maraqlı deyillər. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətlərinin diqqətinə çatdırılıb və onlardan bu nöqsanlar aradan qaldırmaq tələb olunub. Söhbət neft hasilatının sabitliyi təmin edilməsindən gedir. Bundan sonra neft hasilatında əsassız azalmanın olmayacağına ümidlər var".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31