Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonu, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.