AZ

Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun 65 illik yubileyi qeyd olunub

Xalq

Sumqayıt, 2 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda yazıçı-dramaturq Hafiz Ataxanlının “Altıncı hücrənin remarkası” kitabının təqdimatı olub. Kitab Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti, iki dəfə “Qızıl Dərviş” mükafatı laureatı, Prezident mükafatçısı Firudin Məhərrəmovun 65 illik yubileyinə bir töhfədir.

AZƏRTAC xəbər verir ki, təqdimatda şair, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, yazıçı-ssenarist, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əməkdar jurnalist Eyruz Məmmədov və başqaları Sumqayıtın ədəbi və teatr mühitinin zənginliyindən, sənətə, sənətkara həsr olunmuş kitabın məziyyətlərindən danışıb, yubilyara yaradıcılıq uğurları arzulayıblar.

Sonra teatrın tamaşa zalında yubiley tədbiri keçirilib. Teatrın truppasının musiqili təbrikindən sonra monitorda yubilyarın həyat və yaradıcılığı haqqında videoçarx göstərilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, “Şöhrət” ordenli rejissor Cənnət Səlimova, Akademik Milli Dram Teatrının nümayəndəsi, Xalq artisti Sabir Məmmədov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov, truppa müdiri İsmayıl Atakişiyev, Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan və uzun illər Sumqayıt teatrında çalışmış Xalq artisti Valeh Kərimov təbriklərini çatdırıblar.

Eyni zamanda, qısa səhnələr oynanılıb, maraqlı musiqi nömrələri ifa edilib.

Firudin Məhərrəmov yubiley tədbirinin gerçəkləşməsində əməyi olan həmkarlarına təşəkkürünü bildirib.

Seçilən
41
47
azertag.az

10Mənbələr