AZ

İranın İsrailə atdığı raketlər İordaniyaya düşdü

İordaniya rabitə naziri və hökumət sözçüsü Məhəmməd əl-Momani bildirib ki, İranın oktyabrın 1-də İsrailə hücum etdiyi vurulan raketlərin parçaları İordaniyaya düşüb.

Üç nəfər yaralanıb. “Bir sıra raketlərin hissələri İordaniyanın müxtəlif bölgələrinə düşüb. Ölən olmasa da, üç nəfər yaralanıb. Bu mərhələdə tibbi baxımdan onların xəsarətləri yüngül qiymətləndirilir”, – deyə nazir bildirib. O, həmçinin qeyd edib ki, hələlik rəsmi qurumlar dəymiş ziyanın qiymətləndirilməsini verməyə hazır deyil.

İranın İsrailə raket hücumunu şərh edən Məhəmməd əl-Momani qeyd edib ki, İordaniya “heç vaxt tərəflərdən heç biri üçün münaqişə meydanına çevrilməyəcək”. O, hakimiyyətin əsas vəzifəsinin İordaniya və onun vətəndaşlarını qorumaq olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr