AZ

Şəmkirdə dəhşət: Şagird ürəyindən bıçaqlanaraq öldürüldü - TƏFƏRRÜATLAR

Şəmkir rayon Mahmudlu kəndində baş verən hadisə ilə bağlı daha bir açıqlama verilib.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 01 oktyabr tarixində axşam saatlarında  Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi həmyaşıdı, Şəmkir rayon Peşə liseyinin şagirdinə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 

 

"Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilsə də,  təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - açıqlamada qeyd olunur.

 

***

10:16

Oktyabrın 1-i Şəmkir rayonunun Mahmudlu kəndində bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, kənd sakini i İ. Abbasov qətlə yetirilib. Onun ölümünə görə həmkəndlisi A. Abbasov saxlanılıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə axşam saat 20 radələrində baş verib.

 

Öldürülən yeniyetmə 2008-ci il təvəllüdlüdür. O, Şəmkir rayon Peşə liseyinin şagirdidir.

 

Məlumata görə, Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi yeniyetmə onu ürək nahiyəsindən bıçaqlayıb. Şagird həyatını itirib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

Seçilən
1
2
modern.az

7Mənbələr