AZ

Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?

Naxçıvanda dövlət idarə və müəssisələrində çalışanlardan tələb olunur ki, müddətsiz əmək müqaviləsindən imtina etsinlər. Bununla bağlı qərarın yerli baş nariz Ceyhun Cəlilovdan gəldiyi bildirilir. Yeni qərara əsasən, hər bir işçi “öz xoşu ilə” ərizə yazıb, müddətli müqaviləyə keçməlidir. Belə bir ərizəni yazmaqdan imtina edənlər isə, işdən qovulmaqla hədələnirlər. Bu haqda Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup idarə işçisi məlumat verib. Hazırda bu cür ərizələrin yazılması kütləvi olaraq, dövlət tibb müəssisələrində həyata keçirilir. Artıq, yüzlərlə tibb bacısı və xadimənin müddətsiz müqavilədən imtina edib, müddətli müqaviləyə keçdiyi bildirilir. Naxçıvan Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışan G.M. deyir ki, bunu etməkdə məqsəd onları özlərindən asılı saxlayıb, istədikləri vaxt işdən çıxarmaq hüququ əldə etməkdir: „Deyirlər ki, ərizə yazmayan dərhal işdən qovulacaq. Bir qismi qorxudan, bir qismi də anlamazdıqdan ərizə yazıb, müddətsiz müqavilədən imtina edib. Bir qismi də dirəniş göstərib, yazmaqdan imtina edir. Onlar etitaz olaraq, ərizələrində yazırlar ki, müddətliyə keçmək istəmirlər. Eşitdiyimizə görə, Naxçıvanda ibbi heyətin təxminən yarısını işdən çıxarmaq istəyirlər deyə, belə edirlər. Belə qanunsuzluq heç yerdə görülməyib. Bütün işçilər qorxu içində nə baş verəcəyini gözləyirlər“. Naxçıvan Uşaq Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyir ki, yerli hökumət büdcə kəsirlərini işçiləri ixtisara salmaqla doldurmaq istəyir:“İstəyirlər ki, yeyib taladıqları dövlət büdcəsinin kəsirini bizim maaşların hesabına doldursunlar. Ona görə bu başdan ərizə yazdırırlar ki, sonra problem yaşamasınlar. Müddətli müqaviləyə keçdikdən sonra işçinin az qala bütün hüquqları əlindən alınır. Başına istədiyi oyunu aça bilərlər. Artıq, bu son həddir. Buna son qoyulmasa, Ali Məclisin qarşısında kütləvi etiraz aksiyası keçirəcəyik”.Bundan öncə „büdcə kəsirini doldurmaq“ adı altında Naxçıvandakı hər tibb işçisinin maaşından 150-300 manat kəsilmişdi. Naxçıvan MR Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər.

Seçilən
68
1
dia-az.info

2Mənbələr