AZ

İsrail İrana xəbərdarlıq edibmiş: Hucumun cavabı bu olacaq!

İsrail bundan öncə İran tərəfindən hücum olacağı təqdirdə, bu ölkə ərazisindəki nüvə obyektlərinə zərbə endirəcəyi barədə xəbərdarlıq edibmiş.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Bildirilib ki, İran sentyabrın 30-da ərəb ölkələrinin rəsmilərinə İsrailə qarşı miqyası təxminən aprel hücumuna bərabər olacaq hücum planlaşdırdığını bildirib. Buna cavab olaraq İsrail İrana açıq şəkildə söyləyib ki, miqyasından və itkilərin olub-olmamasından asılı olmayaraq, öz ərazisinə edilən istənilən hücuma cavab verəcək. Qeyd olunur ki, İsrail İranın neft sənayesi və nüvə infrastrukturunu vurmağa hazır olduğunu birbaşa bəyan edib.

Xatırladaq ki, oktyabrın 1-də axşam saatlarında İran İsrail ərazisinə genişmiqyaslı hücum həyata keçirib.

Seçilən
60
50
tribunainfo.az

10Mənbələr