AZ

Səbinə Əliyeva: Qlobal iqlim dəyişikliyi bu baxımdan çətinliklər yaradır

Qlobal iqlim dəyişikliyi ətraf mühitə, ölkələrin dayanıqlı inkişafına, insanların sosial rifahına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı deyib.

Ombudsman ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişmələrinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmadığını bildirib:

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliklərinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində yerli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur".

S.Əliyeva vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ torpaqlarına dəyən ziyan Azərbaycana qarşı beynəlxalq ekosid cinayətidir:

"Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlığına təhdid yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur. İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il 10 noyabr tarixindən bu günə kimi mina qurbanlarının sayı 379 nəfər olub. Ümumilikdə isə 1991-ci ildən indiyədək 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, mina qurbanlarının sayı 3 458 nəfər təşkil edir".

Seçilən
17
4
publika.az

5Mənbələr