AZ

Bakı metrosundakı ən köhnə qatarlar 2042-ci ilədək istifadə olunacaq

“Bakı Metropoliteni” QSC-də intervalın azaldılması qatarların sayının artırılmasından asılı deyil.

Adalet.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib.

Departament rəisi qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ildir.

“O müddətdə qədər bu qatarlardan istifadə olunacaq. Köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib”, - deyə F.Əhmədov bildirib.

phrase_var_article.chosen
48
8
adalet.az

9phrase_var_article.sources