Milli Kəşfiyyat Təşkilatı və Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ-çu hakimi Mustafa Karatay Ankarada gizləndiyi evdə yaxalanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT FETÖ-nün önəmli simalarından olan Mustafa Karatayın qonşusunun xəbəri ilə hərəkətə keçib. Uzun sürən təqib nəticəsində 8 ildir fərarilik edən və peşəsindən qovulan keçmiş hakim Karatayın bildirilən mənzildə yaşadığı müəyyən edilib.
MİT və Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin birgə əməliyyatı ilə Karatay Ankaranın Yenimahalle qəsəbəsindəki evində paltarlarının arasında gizlənmiş vəziyyətdə tapılıb.
Karatayın evində aparılan axtarış zamanı sözügedən terror təşkilatının yüksək səviyyəli rəhbərliyi ilə əlaqə saxlamaq üçün istifadə etdiyi noutbuk, planşet, telefon və digər rəqəmsal materiallar ələ keçirilib. Mustafa Karatayın "Siqnal" tətbiqi ilə təşkilatla əlaqə saxladığı müəyyən edilib.
Bildirilib ki, “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 8 ildir axtarışda olan Karatay FETÖ-nün ədliyyə orqanlarında üzvlərindən biri kimi təşkilatda əsas rol oynayıb və gizləndiyi evdən təşkilat ilə əlaqə saxlamağa çalışıb.
Səlahiyyəti dövründə yüksək cinayət məhkəməsinin rəhbəri və xüsusi səlahiyyətli hakim kimi təşkilat üçün kritik vəzifələrdə çalışan Karatay, Ərzincan Baş Prokuroru İlhan Cihaner və keçmiş 3-cü Ordu Komandiri, istefada olan general Saldıray Berk də daxil olmaqla 14 müttəhimin olduğu Ərzincandakı "Ergenekon" davasında məhkəmə heyətiin rəhbəri olub.
QAZİLER.AZ