Olaylar xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.
"Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib", - deyə Yazerlu bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31