Bir müddətdir davam edən Yaxın Şərq gərginliyi investorlar mənfi təsir edib.
İndex.az xəbər verir ki, faiz endirimlərindən sonra ümidlənən investorlar atılan raketlərlə yenidən satış təzyiqi altında qalıb.
Ötən həftə faiz endirimindən sonra 66 min dollar səviyyəsini keçən “Bitcoin” yaranan gərginlikdən sonra yenidən ucuzlaşıb.
Hücumların başlaması ilə ucuzlaşmağa başlayan “Bitcoin” dünən İranın raket hücumundan sonra dibə düşüb.
Bir həftədə 10% dəyər itirən “Bitcoin” 60 min dollara qədər ucuzlaşıb.