Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 1-də, Heydər Əliyev prospektində baş verib.
Belə ki, tıxac zamanı yolunu qısaltmağa çalışan 77-MJ-184 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ayırıcı zolağın əks tərəfinə keçərək axına qarşı hərəkət edib.
Sürücü bu hərəkətinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf