AZ

Separatçı “nazir”in faciəli sonu: Bağ evində meyiti tapıldı

Çərşənbə axşamı, oktyabrın 1-də axşam Moskva vilayətinin İstrinski rayonunda qondaram Luqansk Xalq Respublikasının (LPR) keçmiş yanacaq, energetika və kömür sənayesi “naziri” Konstantin Zavizenovun meyiti tapılıb.

Publika.az xəbər verir ki, 50 yaşlı separatçının meyitini onun oğlu bağ evində aşkarlayıb. Zavizenovun bədənində güllə yarası olduğu dəqiqləşdirilir. Eyni zamanda, oğlunun sözlərinə görə, atası ertəsi gün Kamçatkaya ova getməyi planlaşdırıbmış.

Təsdiqlənməmiş məlumatlara görə, kişi həyatında çətin bir dövr keçirib. İddiaya görə, həyat yoldaşı onun Nijni Novqorodda başqa ailəsinin olduğunu öyrənib, başqa mənzilə köçüb və boşanmaq qərarına gəlib.

“Mash” Telegram kanalı bildirir ki, 50 yaşlı məmur son vaxtlar spirtli içkilərdən sui-istifadə edirmiş . O, bir həftə sərasər içki içib.

Seçilən
62
publika.az

1Mənbələr