AZ

“Estetik əməliyyat elətdirməyin səbəbi iradə zəifliyidir”- PSİXOLOQDAN AÇIQLAMA

Son zamanlar Azərbaycanda estetik əməliyyat etdirənlərin, sayı artıb. Bəs bunun səbəbləri nələrdir, niyə kütləvi hal alıb?
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, insanlar xüsusilə də qadınlar tibbin inkişaf etdiyi bir vaxtda sınaqdan keçirilmiş əməliyyata ehtibar edir, özlərinə olan güvəni bu yolla artırırlar:
“Bu gün insan özünü qəbul etmək, görünüşünü qəbul etmək əvəzinə cərrahlara müraciət edir. Məsələ bundadır ki, tibb çox inkişaf etdiyindən onlar görünüşlərində olan “problemləri” bu yolla aradan qaldırmağı daha asan üsul hesab edirlər. Bunun səbəbi isə insanlarda olan iradə zəifliyidir.
Məsələyə daha real yanaşsaq insanların estetikə meyil etməsi əslində ta qədimdən mövcuddur. Yəni dəyişiklik etmək insanın xilqətindədir desək yanılmarıq. Bu gün insanların, xüsusilə də xanımların estetik cərrahiyəyə üz tutmasının səbəbi tibbin bu sahədə qazandığı nailiyyətlərdir. Əgər min il əvvəl də tibb bu qədər inkişaf etsəydi, yenə də insanlar bundan yararlanacaqlardı. Çünki hər zaman, insan var olduğu müddətdə özünə güvənməyən, idarəsiz və özünü dəyişdirməyə ehtiyac duyan, qocalmağa qalib gəlmək istəyən insanlar var. Bu gün da var, sabah da olacaq.

Seçilən
5
arantv.az

1Mənbələr